Tərəfdaşlar

Kürdəxanı şitil MMC

Azərbaycandakı rəsmi tərəfdaşımızdır. “Kürdəxanı Şitil” MMC bu günə kimi Azərbaycanda tərəvəz şitillərinin yetişdirilməsi ilə məşğuldur. 2007-ci ildən etibarən Azərbaycanda Hollandiyanın son şitilyetişdirmə texnologiyası 20000 kv.m. ərazidə qurulmuşdur.

Netafim

“MK Group Aqro” MMC-nin rəsmi olaraq tərəfdaşı olduğu şirkət kənd təsərrüfatı sahəsində ən önəmli şirkətlərdən biridir. Suvarma avadanlıqları üzrə dünya lideri olan Netafim şirkəti 1965-ci ildə İsraildə qurulub. Şirkət əsasən damlatıcılar, damlama boruları, avtomatika və çiləyicilər istehsal edir. Həmçinin nəzarət, idarəetmə sistemləri və məhsul idarə proqramı da daxil olmaqla məhsul idarəsi texnologiyalarının istehsalı, paylanması ilə yanaşı, idarə olunan suvarma, aqronomik məsləhət, istismar və təmir də daxil olmaqla müxtəlif xidmətlər təqdim edir. 2012-ci ildən etibarən Netafim sürətlə genişlənən damcı və mikro suvarma bazarında qlobal liderdir. Qlobal bazar payı 30% olan şirkət damcı suvarma sistemlərinin ən böyük istehsalçısıdır. Qeyd edək ki, Netafim şirkətinin rəsmi distribüteri olaraq ölkəmizdə stok anbarına sahibik.

Ginegar

Hazırda sahəsi üzrə dünya lideri kimi bilinən Ginegar-ın “MK Group Aqro” MMC olaraq rəsmi distribüteriyik. Ginegar plastik məhsullar, istixana örtükləri, malçlar, VIF filmləri istehsalı üzrə dünyanın aparıcı şirkətlərindəndir. Eyni zamanda, şirkət bir sıra qeyri-aqronomik tətbiqlərə xüsusi önəm verir və kənd təsərrüfatı filmlərin, torların istehsalı ilə məşğul olur. 1969-cu ildə İsraildə qurulan şirkət ABŞ, Braziliya, İtaliya və Hindistandakı imkanları ilə bu gün 5 qitədə 60-dan çox ölkədə müştərilərə xidmət göstərən tanınmış və köklü beynəlxalq bir markadır. “MK Group Aqro” MMC olaraq Ginegar şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı olmaqdan böyük qürur hissi keçiririk!

Fito

1880-ci ildə İspanyanın Barselona şəhərində qurulan şirkət qlobal bazarda xüsusi yerə malikdir. 130 ildən artıq bir müddətdə kiçik bir toxum şirkəti olmaqdan, genetik seleksiya, tərəvəz və tarla bitkiləri toxumlarının istehsalı və paylanması sektorunda aparıcı şirkətlərdən birinə çevrilib. Şirkət böyüməyi və beynəlmiləlləşmə problemini müvəffəqiyyətlə aşmağı bacardı. Hal-hazırda dövriyyəsinin 65% -i ixracata uyğun olan şirkət, satışlarını 70-dən çox ölkədə həyata keçirir. Bu 70 ölkə içində Fito şirkətinin ölkəmizə olan ixracını “MK Group Aqro” MMC rəsmi şəkildə həyata keçirir.

Kekkilä-BVB

Bir digər rəsmi tərəfdaşımız olan şirkət avropanın aparıcı şirkətləri içərisində ilk sıralarda yer alır. Finlandiya şirkəti olan Kekkilä-BVB peşəkar yetişdirmə üzrə Avropanın lider şirkətlərindən biridir və ən böyük bağçılıq torfu istehsalçısıdır. Şirkət dünya miqyasında peşəkar yetişdiricilər və ev bağbanları, peyzaj ustaları, bağçılıq xammalı müştəriləri və yataq torfu müştəriləri üçün məhsul və xidmətlərini təqdim edir. Qlobal yetişdiricilər, BVB Substratları Kekkilä Professional adları altında tanınmış məhsullarından istifadə edirlər. Şirkət Kekkilä Garden və Hasselfors Garden markaları ilə birlikdə Skandinaviya ölkələrində bazar lideridir. Kekkilä-BVB şirkətinin ölkəmizdəki yeganə distribüteri olmaq bizim üçün fəxrdir!

Top